Azərbaycan Respublikasının idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin: Həşimov İsmayıl Teymur oğlu Demina Tanziliya Zaxarovna Məmmədov Yaqub Əkbər oğlu Məmmədov Vahid Şərafəddin oğlu Əlimzanov Şamil Əhmədcanoviç İbrahimov İbrahim Eldar oğlu İşməmmədova Svetlana Bəşirovna. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 12 dekabr 2018-ci il. |
|
Xəbər 1343 dəfə oxundu. |
|
|