“Neftçi”nin Antalyadakı rəqiblərindən ikisi müəyyənləşib
Yanvarın 13-də “Neftçi” klubu Antalyaya təlim-məşq toplanışına yollanacaq.

“Neftçi”nin qış fasiləsindəki təlim-məşq toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərdən ikisi müəyyənləşib. “Flanqman” yanvarın 18-də “Qaz Metan” (Mediaş, Rumıniya), beş gün sonra isə “Slovan” (Liberes, Çexiya) klubları ilə qarşılaşacaq. Yanvarın 26-dakı rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, yanvarın 13-dən 27-dək Antalyada hazırlıq keçəcək komandamız Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq.

Xəbər 869 dəfə oxundu.