Yeniyetmə cüdoçular arasında Bakı birinciliyi start götürüb
“Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə 2002-2004-cü illər təvəllüdlü oğlanlar və qızlar arasında Bakı birinciliyi start götürüb.

Turnirə 56 idman klubu və cəmiyyətindən 556 cüdoçu qatılıb. Oğlanlar və qızlar 9 çəki dərəcəsində medallar uğrunda mübarizə aparırlar.

Yeniyetmələrin Bakı birinciliyinə dekabrın 14-də yekun vurulacaq.

Xəbər 933 dəfə oxundu.