Azərbaycan Premyer Liqasında XIV turun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun rəmzi komandası müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında formalaşan rəmzi “11-liy”ə “Qarabağ”dan 7, “Qəbələ”dən, “Neftçi”dən, “Keşlə” və “Səbail”dən isə 1 futbolçunun adı daxil edilib.

Heyətdə Emil Balayev (“Səbail”), Donald Gerrye (“Qarabağ”), Yakub Jezniçak (“Qarabağ”), Denis Silva (“Keşlə”), Ömər Buludov (“Neftçi”), Abdullah Zubir (“Qarabağ”), Filip Ozobiç (“Qarabağ”), Simeon Slavçev (“Qarabağ”), Dani Kintana (“Qarabağ”), Mahir Mədətov (“Qarabağ”) və Rauf Əliyev (“Qəbələ”) yer alıblar.

“InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XIV turunun ən yaxşı futbolçusu “Qarabağ”ın ispaniyalı oyunçusu Dani Kintana olub. O, “Zirə”yə qarşı görüşdə 60 dəqiqə meydanda mübarizə aparıb və rəqibin qapısına vurduğu üç qolla yadda qalıb.

Xəbər 866 dəfə oxundu.