Məktəblilər arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatıb
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə məktəblilər arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.

Altı yaş kateqoriyası üzrə təşkil edilən birincilikdə respublikanın müxtəlif şəhər və rayonlarından 136 şahmatçı mübarizə aparıb.

Oğlanların yarışında Ümid Allahverdi (6 yaş, Sumqayıt), Yusif Kərimli ( 8 yaş, Şəki), Əli Süleymanov (10 yaş, Bakı), Ümid Aslanov (12 yaş, Bakı), Uğur İlyaslı (14 yaş, Sumqayıt), Xəzər Babazadə (16 yaş, Bakı) qalib olublar. Qızların yarışında isə Nuray Məmmədli (6 yaş, Lənkəran), Xanım İsmayılova (8 yaş, Bakı), Aysel Rəhimova (10 yaş, Quba), Aytac Kərimli (12 yaş, Sumqayıt), Səbinə Rzalı (14 yaş, Sumqayıt), Raya Əhmədova (16 yaş, Ucar) birinci yeri tutublar.

Çempionatın mükafatçıları gələn il məktəblilər arasında dünya və Avropa çempionatlarında iştirak hüququ qazanıblar.

Xəbər 855 dəfə oxundu.