Güllə atıcılığı üzrə XIII açıq Bakı turnirinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Bakı Atıcılıq Mərkəzində akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə XIII açıq Bakı

Turnirdə 53 idmançı birincilik uğrunda mübarizə aparıb.

Qadınlar arasında PT-3 və PTÇ-3 hərəkətləri üzrə yarışlarda Nigar Nəsirova qızıl medal qazanıb. KÇTÇ-3 hərəkəti üzrə yarışda isə Zeynəb Abbasova fərqlənib.

Kişilərin mübarizəsində PT-4 hərəkəti üzrə Ruslan Qəhrəmanov, PTÇ-3 hərəkətində Morteza Dna, KÇTÇ-4 hərəkətində isə Rəhim Rəhimli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Mükafatçılara Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.

AZƏRTAC

Xəbər 1222 dəfə oxundu.