Antalyadan qələbə ilə

Aprelin 16-dan 22-dək Antalya şəhərində Muay-tay üzrə Avropa çempionatı və kuboku yarışları keçirilib.

Yarışda Azərbaycan 8 idmançı 2 məşqçi, 2 hakimlə təmsil olunub.

Kişilər arasında 81 kq-da Nahid Əsədov finalda Niderland idmançısını, gənclər arasında 45 kq-da Orxan Baxşəliyev finalda xal hesabı ilə və 71 kq-da Nemət Qazıbəyov 1-ci raundda nokautla Ermənistan idmançılarına qalib gələrək qızıl medal qazanmışlar. Digər idmançılarımız, 86 kq-da Rauf Nəcəfov gümüş, Murad Əliyev bürünc medal qazanıblar.

Xəbər 7019 dəfə oxundu.