Boks üzrə dünya çempionatının keçiriləcəyi yer müəyyənləşib | |
2019-cu ildə kişilər arasında boks üzrə dünya çempionatı Yekaterinburqda keçiriləcək. Rusiya Boks Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, federasiya bu qərarı Sverdlovsk vilayətinin təklifi əsasında qəbul edib. Yarışlar "Yekaterinburq-EKSPO” Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək. 2017-ci ilin iyulunda Rusiyaya 2019-cu ilin dünya çempionatını təşkil etmək hüququ verilib. Əvvəlcə çempionatı Soçidə keçirmək planlaşdırılıb. Yekaterinburqda təşkil olunacaq boks üzrə dünya çempionatı 2019-cu ilin sentyabrına nəzərdə tutulub. |
|
Xəbər 782 dəfə oxundu. |
|
|