Xaçmazda voleybol üzrə zona birinciliyi keçirilib
Dekabrın 11-də Xaçmaz Olimpiya İdman Kompleksində voleybol üzrə yeniyetmələr arasında Azərbaycan çempionatının zona mərhələsinə start verilib.

Gənclər və İdman, həmçinin Təhsil nazirliklərinin birgə təşəbbüsü ilə keçirilən turnirdə Sumqayıt şəhərini, Abşeron, Qobustan, Qubadlı, Quba, Qusar, Xaçmaz, Şabran və Xızı rayonlarını təmsil edən komandalar yarışırlar. Yarışa 9 komandanın tərkibində 100-dən çox idmançı cəlb olunub.

12-14 yaşlı qızlar arasında Azərbaycan çempionatının üçüncü mərhələsi altı zona üzrə keçirilir. Zona mərhələsində ilk iki yeri tutan komandalar ölkə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.

Xəbər 872 dəfə oxundu.