Qəbələdə stolüstü tennis üzrə yarış keçirilib
Qəbələ rayon Gənclər və İdman İdarəsinin ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar təşkil etdiyi stolüstü tennis üzrə xatirə turnirində 20-dək yeniyetmə idmançı mübarizə aparıb.

Turnirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Ədalət Əliyev çıxış edərək, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işlərdən danışıblar. Vurğulanıb ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə digər sahələrlə yanaşı, idmanın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirib.

Sonra yarışlara start verilib. Yekun nəticələrə əsasən, Amil Ağakərimov turnirin qalibi adını qazanıb. Sonrakı yerləri Fəqan Ağakərimov və Rais Abdullayev tutublar.

Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 811 dəfə oxundu.