Millimiz Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq | |
Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2021-ci ildə Macarıstanda və Sloveniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda ikinci qrupda Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn komandaları ilə mübarizə aparacaq. |
|
Xəbər 837 dəfə oxundu. |
|
|