Yeniyetmələr arasında karate üzrə liqa yarışlarında iştirak edəcək millimizin heyəti açıqlanıb
Dekabrın 14-də İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının yeniyetmələr arasında liqa yarışları start götürəcək.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmov bildirib ki, mövsümün sonuncu turnirində yığma komandamız 12 idmançı ilə mübarizə aparacaq.

Heyətə 14-15 yaşlı yeniyetmələrdən Hüseyn Məmmədli (57 kq), Taleh Yaqubov (63 kq), Fidan Dadaşova (48) və Emin Namazov (kata) daxil ediliblər. Çempionatda 16-17 yaşlı gənclərin yarışında Əminağa Quliyev (61 kq), Tural Yaqubov, Fərid Ağayev (hər ikisi 68 kq), Musa Sarızadə, Abbas Dadaşov (hər ikisi +76 kq), Mədinə Sadıqova (48 kq), Polina Hurenko (53 kq) və Ceyhun İsmayılov (kata) yarışacaqlar.

Liqa yarışlarına dekabrın 16-da yekun vurulacaq.

AZƏRTAC

Xəbər 990 dəfə oxundu.