Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib
Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.

Azsport.az Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, “ABU Arena”da təşkil olunan “Azəryol”–“Azərsu” qarşılaşması daha çox diqqət çəkib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə çempionluğa əsas namizədin imkanları yüksək qiymətləndirilsə də, yüksək əzmkarlıq göstərən “Azəryol” çətin qələbə qazanıb – 26:22.

“Gənclərbirliyi”–“İdman Akademiyası” matçı nominal qonaqların qələbəsi ilə nəticələnib – 30:32.

“Qarabağ” komandası isə həftəsonu Gürcüstanın “Olimpiya” kollektivi ilə keçirdiyi hər iki qarşılaşmanı qələbə ilə başa vurub - 33:23 və 42:18.

Məğlubiyyətə baxmayaraq “Azərsu” 14 xalla çempionatın vahid lideridir. Onun ən yaxın izləyicisi “Azəryol” vacib qələbə sayəsində aktivinə 8-ci xalı yazdırıb. Qoşa oyunlarda qələbə qazanan “Qarabağ” da eyni xala malikdir. “İdman Akademiyası” növbəti məğlubiyyətlə barışan “Gənclər Birliyi” üzərində qələbə ilə xal sayını 5-ə çatdırıb.

Xəbər 1312 dəfə oxundu.