Pauerliftinq üzrə paralimpiya millimizin “Tokio 2020”yə hazırlığı müzakirə edilib | |
Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) pauerliftinq idmanı üzrə milli paralimpiya komandamızın üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda AMPK-nın sədri İlqar Rəhimov, milli komandanın baş məşqçisi, şəxsi məşqçilər və idmançılar iştirak ediblər. İclasda 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məşqçi və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib. Müzakirələrin yekununda müvafiq qərarlar qəbul edilib. AZƏRTAC |
|
Xəbər 1285 dəfə oxundu. |
|
|