“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib
Bakının “Neftçi” futbol klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Yanvarın 13-dən 27-dək Antalyada olacaq komanda Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq.

Flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 18-də, 23-də və 26-da olacaq. Rəqiblər hələ müəyyənləşməyib.

Xəbər 840 dəfə oxundu.