Şərif Şərifov bürünc medal qazanıb
Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə "Alans" turniri keçirilib.

Yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya və dünya çempionu Şərif Şərifov və Məhəmmədhacı Xatiyev (hər ikisi 92 kq) təmsil edib. Aslenbek Alborov son anda zədə üzündən xalça üzərinə çıxa bilməyib.

Digər təmsilçilərimizə gəlincə, Xatiyev 1/8 finalda mübarizəni dayandırıbsa, Şərifov bürünc medala sahib çıxıb.

Xəbər 867 dəfə oxundu.