Topaz Premyer Liqası: “Qarabağ” qış fasiləsinə darmadağınla gedir
Dekabrın 9-da Azərbaycan Premyer Liqasının 14-cu turunun növbəti oyunu keçirilib.

"Dalğa Arena"da “Zirə” son çempion “Qarabağ”ı qəbul edib. Görüş ağdamlıların 6:0 hesablı qələbəsi ilə başa çatıb. “Atlılar”ın heyətində Dani Kintana het-trik edib, Mahir Mədətov və Miçel isə hərəyə bir dəfə fərqləniblər. Digər qolu isə “Zirə”nin üzvü İlkin Qırtımov öz qapısına vurub.

Bu qələbədən sonra “Qarabağ” xallarının sayını 30-a çatdıraraq ikinci yerdəki mövqeyini qoruyub, “Zirə” isə 11 xalla sonuncu pillədədir.

Xatırladaq ki, turun ilk matçında “Keşlə” səfərdə “Sabah”ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Xəbər 760 dəfə oxundu.