Bakıda bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun mükafatlandırma mərasimi keçirilib
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun qaliblər və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.

Çoxnövçülük üzrə yarışların yükunları üzrə 2008, 2009 və 2010-cu il təvəllüdlü gimnastların mükafatlandırma mərasim keçirilib.

2008-ci il təvəllüdlü gimnastlar arasında Ayşə Rəcəbli (Sumqayıt şəhəri) birinci yerə, Zəhra Cəfərova ("Zirvе International" idman klubu) ikinci yerə, Yulianna Arazova (Qusar rayonu) üçüncü yerə layiq görülüblər.

2009-cu il təvəllüdlü gimnastlar arasında Yasəmən Nəsirova (Mingəçevir şəhəri) birinci yeri, Dəniz Əsgərova ("Zirvе International" idman klubu) ikinci yeri, Ayan Əlizadə (Sumqayıt şəhəri) üçüncü yeri tutublar.

2010-cu il təvəllüdlü gimnastlar arasında Sevil Hüseynli ("Zirvе International" idman klubu) birinci yerə, Nazlı Mirzəliyeva (İsmayıllı rayonu) ikinci yerə, Zəhra Əlizadə (Şirvan rayonu) üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.

Yarışların ilk 3 günü fərdi gimnastlar "balacalar", "yeniyetmələr", "gənclər" yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə "balacalar" və "yeniyetmələr" yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə "International" İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alacaqlar.

Turnirin son günü isə Bölgələrarası Kubok start götürüb. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdiriblər.

Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar "Qızıl Yaş" adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.

Xəbər 875 dəfə oxundu.