Azərbaycan Cüdo Federasiyası Sumqayıtda seminar keçirib
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Sumqayıtdakı Gənclər Evində hakimlər və məşqçilər üçün seminar keçirilib.

Cüdo ictimaiyyətinin nümayəndələrinin, məşqçilərin, hakimlərin və federasiya rəsmilərinin də iştirak etdikləri tədbir nəzəri hissədən ibarət olub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kafedra müdiri Nazim Məcidov seminarda məruzə ilə çıxış edib.
Tədbirdə cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib.

Xəbər 882 dəfə oxundu.