Kompakt-sportinq üzrə atıcılıq turniri keçiriləcək
Dekabrın 9-da Novxanı Sportinq Atıcılıq Mərkəzində kompakt-sportinq üzrə Azərbaycan Atıcılıq Federasiyasının kuboku uğrunda yarışın ikinci mərhələsi keçiriləcək.

Yarışda kompakt-sportinq üzrə yığma komandanın üzvləri 100 hədəfə atəş açma üzrə məharətlərini nümayiş etdirəcəklər.

Azərbaycan Atıcılıq Federasiyasının kuboku uğrunda turnirin üçüncü mərhələsi və final yarışları dekabrın 23-də təşkil olunacaq.

Xəbər 1316 dəfə oxundu.