Nazirlik, komitə və agentliklərin əməkdaşları arasında stolüstü tennis turniri keçiriləcək
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə dekabrın 8-də nazirlik, komitə və agentliklərin əməkdaşları arasında stolüstü tennis turniri təşkil ediləcək.

“Şüa” İdman-Sağlamlıq Kompleksində keçiriləcək turnir şəxsi xarakter daşıyacaq.

Yarışlar stolüstü tennisin təbliği, əməkdaşların sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

Yarışın qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları ilə təltif olunacaqlar.

Xəbər 970 dəfə oxundu.