AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb
Dekabrın 8-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

İclasda Azərbaycan milli komandasının son bir il ərzində göstərdiyi nəticələr müzakirə olunacaq.

Bundan başqa, aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiya, klubların lisenziyalaşdırılması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələləri müzakirə olunacaq, Hakimlər Komitəsinin tərkibi təsdiqlənəcək.

affa.az

Xəbər 792 dəfə oxundu.