Kiçik yaşlı gimnast: Arzum dünya çempionu olmaqdır
Klubumuzun üzvlərinin həmişə yüksək nəticələr göstərmələri ilə fəxr edirəm.

Bu sözləri Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyində mübarizə aparan “Ocaq Sport” klubunun kiçik yaşlı gimnastı Səkinəxanım İsmayılzadə deyib.

O, hazırda davam edən çempionatda qalib olmaq üçün əlindən var qüvvəsi ilə çalışdığını deyib: “Əvvəlki yarışlarda 5-6-cı yerləri tutsam da, bu dəfə daha yaxşı nəticə göstərib birinci olmaq istəyirəm. Halqa ilə hərəkətlərdə halqanı bir dəfə əlimdən buraxsam da, iplə çıxışımı səhvsiz başa vurmuşam. Buna görə bu çempionatda uğur qazanacağıma inanıram. Bakı çempionatında dördüncü yerə layiq görülmüşəm. Ən böyük arzum dünya çempionu olmaqdır”.

Xəbər 995 dəfə oxundu.