Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-dək Bakı trasında keçiriləcək | |
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-cu il Formula 1 mövsümünün təqvimini təsdiq edib. Ənənəvi olaraq, yeni mövsümün ilk Qran-Prisi Avstraliyada olacaq. Melburndakı avtodromda yürüş martın 17-də keçiriləcək. Həmişə olduğu kimi, yekun yürüş dekabrın 1-də Əbu-Dabinin Yas-Marina avtodromunda baş tutacaq. Azərbaycan Qran-Prisi isə aprelin 26-dan 28-dək Bakı trasında olacaq. Formula 1 üzrə 2019-cu il mövsümünün təqvimi: Martın 17-si – Avstraliya Qran-Prisi Martın 31-i – Bəhreyn Qran-Prisi Aprelin 14-ü – Çin Qran-Prisi Aprelin 28-i Azərbaycan Qran-Prisi Mayın 12-si İspaniya Qran-Prisi Mayın 26-sı Monako Qran-Prisi İyunun 9-u Kanada Qran-Prisi İyunun 23-ü Fransa Qran-Prisi İyunun 30-u Avstriya Qran-Prisi İyulun 14-ü Böyük Britaniya Qran-Prisi İyulun 28-i Almaniya Qran-Prisi Avqustun 4-ü Macarıstan Qran-Prisi Sentyabrın 1-i Belçika Qran-Prisi Sentyabrın 8-i İtaliya Qran-Prisi Sentyabrın 22-si Sinqapur Qran-Prisi Sentyabrın 29-u Rusiya Qran-Prisi Oktyabrın 13-ü Yaponiya Qran-Prisi Oktyabrın 27-si Meksika Qran-Prisi Noyabrın 3-ü ABŞ Qran-Prisi Noyabrın 17-si Braziliya Qran-Prisi Dekabrın 1-i Əbu-Dabi Qran-Prisi |
|
Xəbər 910 dəfə oxundu. |
|
|