Beynəlxalq Gimnastika Federasiyası parkuru gimnastika növləri siyahısına daxil edib
Parkur Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən gimnastika növlərindən biri kimi qəbul olunaraq, təşkilatın nizamnaməsinə daxil edilib. Bu barədə FIG-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Bu qərar təşkilatın dekabrın 2-dən 3-dək Bakıda keçirilən konqresində qəbul edilib.

FIG 2017-ci ildə test rejimində parkur üzrə dünya kubokunun iki mərhələsini keçirib. Yarışlar Fransanın Monpelye və Çinin Çendu şəhərlərində təşkil olunub. Parkur növü üzrə ilk rəsmi dünya çempionatının 2020-ci ilin may-iyun aylarında keçirilməsi planlaşdırılır.

Xəbər 884 dəfə oxundu.