Olimpiya çempionumuz sərbəst güləş üzrə “Alans” turnirində iştirak edəcək
Dekabrın 7-dən 9-dək Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə “Alans” turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Olimpiya və dünya çempionu Şərif Şərifov, Məhəmmədhacı Xatiyev (hər ikisi 92 kq) və Aslanbek Alborov (97 kq) yarışda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, çempionlar 5 min, yalnız finalda məğlub olanlar 2 min, bürünc medalın sahibləri üçün min ABŞ dolları pul mükafatına sahib çıxacaqlar.

Xəbər 704 dəfə oxundu.