Azərbaycan millisi Almaniya, Yunanıstan və Qazaxıstan yığmaları ilə qarşılaşacaq
On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupuna aid Azərbaycan yığması Almaniya, Yunanıstan və Qazaxıstan komandaları ilə birgə doqquzuncu qrupda mübarizə aparacaq.

Bu qrupun oyunları 2019-cu il noyabrın 13-dən 19-dək Yunanıstanda keçiriləcək.

Xəbər 711 dəfə oxundu.