Yığmamızın rəqibləri müəyyənləşib
İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsinin püşkü atılıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, yığmamız Çexiya, Norveç və San-Marino komandaları ilə yeddinci qrupda mübarizə aparacaq.

Bu qrupun oyunları 2019-cu il oktyabrın 9-dan 15-dək Çexiyada təşkil olunacaq.

Xəbər 761 dəfə oxundu.