Yığmamızın növbəti 2 lisenziyası üzgüçülük növündədir
Azərbaycan milli komandasının London Yay Olimpiya Oyunlarına yollanacaq idmançılarının sayı 39-a çatıb. Bu günə kimi Olimpiadaya 37 vəsiqə qazanan yığmamızın növbəti 2 lisenziyası üzgüçülük növündədir.

Belə ki, həmişə olduğu kimi yenə Beynəlxalq Su İdmanı Növü Federasiyası Azərbaycana 2 “wild-card” verib. Hələ idmançıların adları açıqlanmasa da, bunlardan biri kişi, digəri qadın üzgüçü olacaq.

Qeyd edək ki, 39 lisenziya 13 idman növündədir

Xəbər 2063 dəfə oxundu.