2019-cu ildə yuniorlar arasında bədii gimnastika üzrə dünya çempionatı Moskvada keçiriləcək
2019-cu ildə yuniorlar arasında bədii gimnastika üzrə dünya çempionatı Moskvanın “Lujniki” stadionunda keçiriləcək.

Bunu TASS informasiya agentliyinə müsahibəsində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova söyləyib.

Beynəlxalq Gimnastika Federasiyası (FIG) noyabrın 27-də bildirib ki, turnirin keçirilməsi hüququnu Rusiyaya verməyə hazırdır.

Yuniorlar arasında dünya çempionatı 2019-cu il iyulun 19-21-də keçiriləcək.

AZƏRTAC

Xəbər 905 dəfə oxundu.