Gənc güləşçilər üçün antidopinq seminarı keçirilib
Dekabrın 5-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə gənc güləşçilər üçün seminar keçirilib.

Olimpiya Güləş Mərkəzində təşkil olunan tədbirdə AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva və terapevtik istifadə üçün istisna komitəsinin sədr müavini Fərid Əliyev pəhləvanlara dopinqlə bağlı qayda pozuntuları, qadağan olunmuş maddələr, üsullar və preparatların siyahısı və başqa bu kimi məsələlər haqqında ətraflı məlumat veriblər.

Mütəxəssislər dopinq əleyhinə qaydalardakı dəyişiklik və yeniliklərlə də idmançıları tanış ediblər.

Xəbər 848 dəfə oxundu.