“Tokio 2020” olimpiadasında biletlərin qanunsuz satışına icazə verilməyəcək
“Tokio 2020” olimpiadasında biletlərin qanunsuz satışına icazə verilməyəcək.

Azsport.az saytı xəbər verir ki, bu barədə qərar Yaponiyanın Nümayəndələr Palatasının dekabrın 4-də “Tokio 2020” olimpiadası və paralimpiadasında biletlərin qanunsuz satışına dair təsdiqlənmiş aktında nəzərdə tutulub.

Bu akta əsasən, biletlər yalnız internet vasitəsilə əldə olunacaq. Qanun gələn ildən qüvvəyə minəcək.

Qeyd edək ki, biletləri 2019-cu ilin yazından rəsmi internet saytı vasitəsilə əldə etmək mümkün olacaq.

Xəbər 970 dəfə oxundu.