İki güləşçimiz dünya reytinqində liderdir
Dünya Güləş Birliyi (UWW) reytinq siyahısını yeniləyib.

Dünya və Avropa çempionatları, “Qran-pri” turnirləri və başqa reytinq xalı verən yarışlarda qazanılan nəticələrə əsasən, tərtib olunan siyahıda iki güləşçimiz liderlik edir. Bunlar qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) və yunan-Roma güləşi üzrə millimizin gənc üzvü İslam Abbasovdur (87 kq).

M.Stadnikin 111, Abbasovun isə 89 xalı var. Cəbrayıl Həsənov (79 kq), Eldəniz Əzizli (55 kq) və Rəsul Çunayev (72 kq) ikinci pillədə qərarlaşıblar. Ümumilikdə ilk onluqda 16, ilk iyirmilikdə isə 29 güləşçimiz yer alıb.

Xəbər 792 dəfə oxundu.