2023-cü ildə atletika üzrə dünya çempionatına Budapeşt ev sahibliyi edəcək
2023-cü ildə atletika üzrə dünya çempionatına Macarıstanın paytaxtı Budapeşt ev sahibliyi edəcək.

Qərar Beynəlxalq Atletika Federasiyasının Şurasının iclasında qəbul olunub.

Budapeştdə 1998-ci ildə Avropa çempionatı, 2004-cü ildə isə qapalı məkanlarda dünya çempionatı keçirilib.

Qeyd edək ki, gələn il mundial Qətərin paytaxtı Dohada, 2021-ci ildə isə ABŞ-ın Yucin şəhərində təşkil olunacaq.

Xəbər 849 dəfə oxundu.