Hemilton növbəti mövsümdə əsas rəqiblərinin adını açıqlayıb
“Mersedes” komandasının pilotu Lyuis Hemilton “Ferrari”nin yürüşçüsü Sebastyan Fetteli və onun komanda üzrə tərəfdaşı Valtteri Bottası 2019-cu il Formula 1 çempionatında özünə əsas rəqiblər hesab edir.

Hemilton deyib: “Zənnimcə, əsas rəqiblərim Sebastyan və Valtteri olacaqlar”. Pilot ümidvardır ki, “Renault” mühərrikindən “Honda”ya keçən “Red Bull” komandası “Mersedes”lə gərgin mübarizə apara biləcək. “Onların bolidi çox yaxşıdır, komanda bu ilin sonuna doğru çox güclü təsir bağışlayırdı. Növbəti ildə trasa yeni mühərriklə çıxacaqlar. Bolidləri bizim maşınlarla rəqabət apara biləcəkmi? Mən buna çox ümid edirəm, çünki “Red Bull”un hər uik-enddə bizimlə mübarizə apara bilməsi maraqlı olardı.

Aydındır ki, onlar stabillik üzrə göstəricini də yaxşılaşdırmalıdır, çünki cari ildə bu problem “Red Bull” üçün başağrısı olub. Rəqiblərimiz bir çox sahələr üzrə iş aparmalıdır. Bununla belə, mən onlara uğurlar arzulayıram və biz rəqabətə həmişə hazırıq”, -deyə Hemilton Formula 1-in saytına müsahibəsində bildirib.

Xəbər 720 dəfə oxundu.