Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında boks yarışının keçirilməsində maraqlıdır
Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında boks yarışının keçirilməsində maraqlıdır.

Azsport.az saytı xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Yaponiyanın paytaxtı Tokioda keçirilmiş İcraiyyə Komitəsinin yekunlarına dair mətbuat konfransında deyib: “Biz Tokio 2020 olimpiadasında boks turnirinin olmasını istəyirik. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarında boks turnirinin keçirilib-keçirilməməsinə dair yekun qərar IOC-un 2019-cu ildə İsveçrənin Lozanna şəhərində keçiriləcək növbəti Sessiyasında qəbul olunacaq. Olimpiada 2020-ci il iyulun 24-dən avqustun 9-dək nəzərdə tutulub.

Xatırladaq ki, bir müddət əvvəl IOC "Tokio-2020"də boks yarışının keçirilməsi planlarını dondurub.





Xəbər 1089 dəfə oxundu.