Karelinin məğlub edən London olimpiadasını düşünür
Mötəbər beynəlxalq arenalarda məşhur güləşçi Aleksandr Karelinin yeganə məğlubiyyətinin səbəbkarı - 2000-ci ildə Sidney olimpiadasının qalibi olmuş Rulon Qardner, ABŞ-ın olimpiya yığmasına seçmə turnirdə çıxış etməyi planlaşdırır. İdman.com.az saytının məlumatına görə, ələmə yarışı bu istirahət günlərində keçiriləcək. Qaliblərə London oyunlarına vəsiqə verilməsi təmin olunacaq.

Afina olimpiadasında bürünc mükafat aldıqdan sonra, amerikalı pəhləvan böyük idmandan uzaqlaşmışdı. 2010-cu ilin axırlarında onun çəkisi 215 kiloqram idi. Lakin bundan sonra artıq çəki ilə “mübarizə aparan” adamların realiti-şousunda iştirak edib. Həmin əyləncə layihəsində Qardner 70 kiloqramdan çox arıqlamağa nail olmuş, lakin şouda qalib gələ bilməyib.

2012-ci ildə Britaniya paytaxtında keçiriləcək olimpiya oyunlarında qalib gələn amerikalı güləşçilərin hərəsinə 250 min dollar vəd edilib.

Xəbər 1264 dəfə oxundu.