Azərbaycanın üç samboçusu kadetlər arasında dünya birinciliyində iştirak edəcək
Dekabr 3-də sambo üzrə kadetlər arasında dünya birinciliyi start götürəcək.

Sambo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Bəxtiyar Hacıyevin verdiyi məlumata görə, Serbiyanın Novi Sad şəhərində keçiriləcək turnirdə ölkəmizi 3 samboçu təmsil edəcək.

Yarışlara dekabrın 9-da yekun vurulacaq.


Xəbər 1245 dəfə oxundu.