3-cü yer tutdular
17 yaşadək qızlardan ibarət komandalar arasında UEFA tərəfindən Tilfisdə təşkil olunmuş turnirdə iştirak edən Azərbaycan yığmasının növbəti oyununu keçirib.

İdman.com.az saytının məlumatına görə, ilk oyunda Türkiyəyə 1:3 hesabı ilə uduzan Sissi Raytın komandası, 3-cü yer uğrunda matça çıxıb.

4 komandanın iştirak etdiyi turnirdə sonuncu olmamaq üçün millimiz Qazaxıstanla qarşılaşıb ki, bu görüşdə də qalib gəlib – 2:0. Bakı vaxtı ilə saat 15:00-da başlayan qarşılaşmanın hər hissəsində 1 dəfə fərqlənən yığmamız sonuncu pillədən qaça bilib.

Xəbər 974 dəfə oxundu.