Sambo Beynəlxalq Olimpiya Komitəsi tərəfindən müvəqqəti tanınıb
Sambo idman növü Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən müvəqqəti olaraq tanınıb. Bu barədə TASS agentliyinə Beynəlxalq Sambo Federasiyasında (FIAS) məlumat verilib.

Bu qərar BOK-un İcraiyyə Komitəsinin Tokioda keçirilən iclasında qəbul olunub. FIAS-ın prezidenti Vasili Şestakov bununla bağlı deyib: “Bu gün dünyanın bütün samboçularının arzusu yerinə yetib – sambo idman növü kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən müvəqqəti olaraq tanınıb”.

BOK-un bu addımı sambonun gələcəkdə Olimpiya proqramına daxil edilməsi, həmçinin FIAS-ın BOK tərəfindən hər il maliyyə vəsaiti almasına imkan verəcək. FIAS Olimpiya ailəsinə daxil olmaqla bağlı niyyətini ilk dəfə 2009-cu ildə elan edib.

Xəbər 1242 dəfə oxundu.