Kənan Əliquliyev ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna sahib olub
Noyabrın 29-u 30-da Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokunda ikinci yarış gününə yekun vurulub. Körpücük üzərinə ilk olaraq 81 kq çəki dərəcəsində mübarizə aparan kişilər çıxıb.

Kənan Əliquliyev bu çəkidə toplam 290 kq (130+160) nəticə ilə Azərbaycan Kubokuna sahib olub. İkinci yeri toplam 249 kq (111+138) nəticə ilə İsmayıl Baxışov, 3-cü yeri isə 248 kq (118+130) nəticə ilə Həmid Qocayev tutub.

Xəbər 1197 dəfə oxundu.