Masallı idmançıları Rusiyada keçirilən beynəlxalq turnirdə qızıl və gümüş medal qazanıblar
Oktyabrın 26-dan 29-dək Rusiya Federasiyasının Samara şəhərində taekvando üzrə yeniyetmələr arasında “Məğlubedilməz güc” devizi ilə keçirilən beynəlxalq turnirdə Masallı idmançıları uğurla çıxış ediblər.

Beynəlxalq turnirdə Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələri - Rahid Vəliyev 37 kiloqram çəki dərəcəsində birinci, Yusif Müzəffərov 41 kiloqram çəki dərəcəsində ikinci yerə sahib olublar.

Rahid Vəliyev noyabr ayında İspaniyada keçiriləcək şəxsi Avropa çempionatına və Klublararası Avropa çempionatına vəsiqə qazanıb.

Xəbər 982 dəfə oxundu.