Potensial rəqiblərimizdən biri Uels çempionudur
Unibank Premyer Liqasında cari mövsümün qalibinin Çempionlar Liqasında daha bir potensial rəqibi müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, Uelsin TNS klubu öz çempionatının qalibi olub. Özü də çempionatın adına son turda aydınlıq gəlib. TNS rəqibi “Banqor Siti”yə 5:0 hesabı qalib gəlməklə, qızıl medalların sahibi olub. Maraqlıdır ki, ötən mövsümdə də çempionluq son turda bu komandalar arasında müəyyənləşmişdi. Fərq ondadır ki, həmin vaxt “Banqor Siti” qalib olmuşdu.

Qeyd edək ki, TNS da çempionumuz ÇL-də mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Indiyə kimi Uels çempionu ilə bu turnirdə yolumuz 11 il öncə kəsişib və onda “Şəmkir” “Barri Taun”a səfərdə 0:2, evdə 0:1 hesabı ilə uduzmuşdu.

Xəbər 907 dəfə oxundu.