İdman gimnastlarımız Almaniyada dünya kubokunda iştirak ediblər
Almaniyanın Kotbus şəhərində idman gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.

20-dən çox ölkənin iştirak etdiyi turnirdə Azərbaycanı milli komandamızın üzvləri İvan Tixonov və Nikita Simonov təmsil ediblər.

Gimnastlarımızdan ən yaxşı nəticəni N.Simonov göstərib. O, halqalarda 14.266 xal toplayaraq 12-ci yerdə qərarlaşıb. İ.Tixonov isə dəstəli at üzərində çıxışına görə, 38 idmançı arasında 13-cü olub (13.733 xal).

Xəbər 797 dəfə oxundu.