“Neftçi İdman Klubu”nun samboçuları açıq Bakı çempionatında uğurla çıxış ediblər
Abşeron Olimpiya İdman Kompleksində sambo üzrə açıq Bakı çempionatına yekun vurulub.

9 çəki dərəcəsi üzrə keçirilən yarışda “Neftçi İdman Klubu”nun samboçuları uğurla çıxış ediblər. Belə ki, klubun yetirmələri çempionatın 9 qızıl, 4 gümüş və 4 bürünc medalına sahib olublar.

Nurlan İsmayılov (52 kq), Mehman Mehdizadə (57 kq), Əkbər Qarayev (62 kq), Fuad Məmmədov (68 kq), Heydər Həşimov (74 kq), Nicat Orucov (82 kq), Qurban Qurbanov (90 kq), Məhərrəm Zeynalov (100 kq) və Nadir Hüseynov (100 kq-dan yuxarı) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 1188 dəfə oxundu.