“Azərreyl” voleybol klubu “Challenge Cup”da ilk oyununu keçirib
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu “Challenge Cup”da ilk oyununu keçirib.

Bakı təmsilçisi 1/16 final mərhələsində Belçikada yerli “Hermes Ostende” klubu ilə qarşılaşıb.

“Mister V-Arena”da keçirilən görüş Belçika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab oyunu noyabrın 29-da Belçikada keçiriləcək.

Xəbər 970 dəfə oxundu.