“Baku Open” beynəlxalq şahmat turnirinin beşinci turuna yekun vurulub
Noyabrın 28-də “Baku Open” beynəlxalq şahmat turnirinin beşinci turuna yekun vurulub.

Beş turdan sonra maksimum xal qazanan Eltac Səfərli turnir cədvəlinin lideridir. Sonrakı yerlərdə aktivlərində 4,5 xal olan beş idmançı qərarlaşıb. Onlardan ikisi Qədir Hüseynov və Rəvan Əliyevdir.

Noyabrın 24-də start verilən və İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycan ilə yanaşı, Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan 156 şahmatçı mübarizə aparır. Turnirin iştirakçılarından 16-sı qrossmeysterdir.

Turnirə dekabrın 2-də yekun vurulacaq.

Xəbər 691 dəfə oxundu.