Şeyx Əhməd Əl Fahad Əl Sabah postundan ayrılacaq
Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) prezidenti Şeyx Əhməd Əl Fahad Əl Sabah postundan ayrılacaq.

Azsport.az saytı xəbər verir ki, o, Küveyt hökumət nümayəndələrinin əleyhinə saxta videolar hazırlamaqda şübhəli bilinir.

Seyx Əhməd həmçinin Belnəlxalq Olimpiya Komitəsinin (IOC) Olimpiya Həmrəyliyi Komissiyasının sədri vəzifəsini müvəqqəti tərk edib və araşdırma başa çatana qədər onun üzvlüyü dayandırılıb. O, noyabrın 28-də ANOC-un prezidenti postundan uzaqlaşdırılacaq. Onu bu postda müvəqqəti olaraq Fiji Okeaniya Olimpiya Komitələri Assosiasiyasının prezidenti Robin Mitçell əvəzləyəcək.

Xəbər 1041 dəfə oxundu.