Belarusda “İdmanda dopinqə qarşı mübarizə haqqında” fərman qüvvəyə minib
Belarusda noyabrın 27-də yerli atletlərin, məşqçilərin və idman federasiyalarının dopinqdən istifadəyə görə məsuliyyəti sərtləşdirilməsi üçün ölkə Prezidenti Aleksanr Lukaşenkonun “İdmanda dopinqə qarşı mübarizə haqqında” fərman imzalayıb.

Azsportşaz saytının verdiyi xəbərə görə, Belarus Milli Antidopinq Agentliyinin (MADA) direktoru Denis Mujjuxin bu fərmanın dopinqdən istifadənin qarşısının alınmasına çox kömək edəcəyini deyib. D.Mujjuxin vurğulayıb ki, dopinq problemi Belarus üçün ciddi problemdir. Antidopinq qaydalarının pozulması hallarının beynəlxalq səviyyədə aşkar edilməsinə bizim münasibətimiz çox neqativdir. Son illərdə belaruslu idmançılar arasında dopinqdən istifadə statistikası azalmaqdadır. Bu il aşkar edilmiş pozuntuların 99 faizi səhlənkarlıq, işçilərin diqqətsizliyi, idmançıların düzgün müalicə edilməməsi ilə bağlıdır. Əgər bizdə bir nəfər belə diskvalifikasiya edilmiş olsa, biz ən ciddi tədbirlər görəcəyik”.

Qeyd edək ki, bu fərmana əsasən dopinqdən istifadə etməsi aşkar olunmuş belaruslu idmançılar idmanda göstərdiyi nəticələrə görə, aldıqları pul vəsaitlərini dövlət büdcəsinə qaytarılmalı olacaqlar. Onlar bunu könüllü şəkildə qaytarmasalar, məhkəmə qaydasında tədbirlər görüləcək. Bu fərmana əsasən, antidopinq qaydalarının kobud şəkildə pozulmasına yol vermiş federasiyalar (ittifaqlar, assosiasiyalar) dövlət dəstəyi almaq, vergilərdən azad edilmək və xaricdən təmənnasız yardım almaq hüquqlarından məhrum edilə bilərlər. Onlar həm də 2 ilə qədər federasiyaların reyestrindən xaric edilə bilər.


Xəbər 1384 dəfə oxundu.