Belarus II Avropa Oyunları zamanı şəhərlərarası dəmiryol xidmətini artıracaq
Belarus Dəmir Yolları gələn il paytaxt Minskdə keçiriləcək ikinci Avropa Oyunları zamanı şəhərlərarası dəmiryol xidmətlərini artıracaq.

Azsport.az saytı xəbər verir ki, bu sözləri Belarus Dəmir Yolları İdarəsinin rəhbəri Vladimir Morozov deyib. O, həmçinin əlavə edib ki, 2021-ci ildə Latviya və Belarusun ev sahibliyi edəcəyi Beynəlxalq Buzüstü Hokkey Dünya Çempionatına gələnlər də dəmiryolu sərnişindaşıma imkanlarından yüksək şəkildə yararlana biləcəklər.

Qeyd edək ki, artıq Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarına hazırlıqlar başlayıb. Oyunlar gələn ilin iyunun 21-dən 30-dək keçiriləcək.

Xəbər 925 dəfə oxundu.